Azərbaycan millisi seçmə mərhələdəki son matçında Fransa yığmasına uduzub - YENİLƏNİB
Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində sonuncu oyununu keçirib.
Crossmedia.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda Fransa yığmasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1.
Hesabı 4-cü dəqiqədə Renat Dadaşov açıb.
Qonaqlarda isə 17-ci dəqiqədə Jan-Filipp Mateta, 30-cu dəqiqədə Manes Akliuş, 45+1-ci dəqiqədə Kefrren Türam fərqləniblər.
D qrupunun digər matçında Ukrayna İslandiyanı üstələyib - 1:0.
Qeyd edək ki, 16 xalla qrupda lider olan Fransa komandası DÇ-2026-nın final mərhələsinə vəsiqəni əvvəlki turda təmin edib. Xallarının sayını 10-a çatdıran Ukrayna pley-offa yüksəlib. 7 xalı olan İslandiya seçmə mərhələni üçüncü sırada bitirib. Azərbaycan millisi 1 xalla dördüncü ola bilib.
22:08
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - Fransa oyununda ikinci hissə başlayıb.
Crossmedia.az-ın məlumatına görə, hazırda qonaqlar öndədir - 3:1.
4-cü dəqiqədə Renat Dadaşov hesabı açıb. Fransa yığmasında isə 17-ci dəqiqədə Jan-Filipp Mateta, 30-cu dəqiqədə Manes Akliuş, 45+1-ci dəqiqədə Kefrren Türam fərqlənib.
21:57
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - Fransa oyununda ilk hissə başa çatıb.
Crossmedia.az-ın məlumatına görə, qonaqlar fasiləyə öndə yollanıblar - 3:1.
4-cü dəqiqədə Renat Dadaşov hesabı açıb. Qonaqlarda isə 17-ci dəqiqədə Jan-Filipp Mateta, 30-cu dəqiqədə Manes Akliuş, 45+1-ci dəqiqədə Kefrren Türam fərqlənib.
21:49
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - Fransa oyununda dördüncü qol vurulub.
Crossmedia.az-ın məlumatına görə, qonaqlar hesab arasındakı fərqi artırıblar - 3:1.
45+1-ci dəqiqədə Kefrren Türam adını tabloya yazdırıb.
21:36
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - Fransa oyununda üçüncü qol vurulub.
Crossmedia.az-ın məlumatına görə, qonaqlar bu dəfə hesabda önə keçiblər - 2:1.
30-cu dəqiqədə Manes Akliuş fərqlənib.
21:26
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - Fransa oyununda ikinci qol vurulub.
Crossmedia.az-ın məlumatına görə, bu dəfə qonaqlar tarazlığı bərba ediblər - 1:1.
17-ci dəqiqədə Jan-Filipp Mateta fərqlənib.
21:16
DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan - Fransa oyununda ilk qol vurulub.
Crossmedia.az-ın məlumatına görə, Azərbaycan millisi matçda hesabı açıb.
4-cü dəqiqədə Renat Dadaşov rəqibi məyus edib.
21:06
DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan - Fransa oyunu başlayıb.
Crossmedia.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakə qarşılaşma saat 21:00-da start götürüb.
Matçı latviyalı Andris Treymanis idarə edir.
D qrupunun digər matçında Ukrayna İslandiya ilə üz-üzə gələcək. Həmin görüş saat 23:45-də başlayacaq.
Qeyd edək ki, 13 xalla qrupda lider olan Fransa komandası DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib. İslandiya və Ukrayna 7 xalla növbəti pilləri bölüşdürürlər. 1 xalı olan Azərbaycan millisi dördüncüdür.(Report)
22:55 16.11.2025
Oxunuş sayı: 9628