Aerobika gimnastikası üzrə Avropa birinciliyi davam edir, azərbaycanlı gimnastlar finala vəsiqə qazanıb
Gəncə İdman Sarayında aerobika gimnastikası üzrə Avropa çempionatı davam edir.
Crossmedia.az-ın məlumatına görə, 18 ölkədən 151 gimnastın iştirak etdiyi yarışın ikinci günündə təsnifat mərhələsi baş tutub.
İdmançılar qarışıq cütlük, üçlük, qrup və aerodans kateqoriyaları üzrə təsnifat mərhələsində çıxışlarını tamamlayıblar. Aerobika gimnastikası üzrə milli komandanın favorit cütlüyü Mədinə Mustafayeva və Vladimir Dolmatov təsnifat mərhələsindəki çıxışına əsasən final mərhələsinə vəsiqə qazanıb.
Yarışın ikinci günündə, həmçinin komanda hesabında mükafatlandırma baş tutub. 1-ci yerdə İtaliya, 2-ci yerdə Rumıniya, 3-cü yerdə İspaniya komandası qərarlaşıb.(Report)
21:55 15.11.2025
Oxunuş sayı: 1350