Azərbaycan millisinin futbolçusu: İnanıram ki, Fransa ilə matçda nəticə qazana bilərik
Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Fransa yığması ilə matçda nəticə qazana bilər.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Elvin Bədəlov mətbuat konfransında deyib.
O, qarşılaşmanın çətin keçəcəyini vurğulayıb:
"Fransa güclü rəqibdir. Amma biz oyuna hazırıq. İnanıram ki evdəki son oyunda nəticə qazana bilərik".
Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması noyabrın 16-da, Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da start götürəcək.(Report)
19:35 15.11.2025
Oxunuş sayı: 1373