Azər Ayxan: Bu gün “Globalinfo” etibarlı mənbə hesab olunur
Globalinfo.az saytının 3 yaşı tamam olur. 15 sentyabr 2022-ci il tarixdə test rejimindən online rejimə keçən Globalinfo.az 2022-ci ilin 15 noyabrında saytın fəaliyyəti ictimaiyyətə açıqlanıb. Saytın təsisçisi Əməkdar jurnalist Azər Ayxandır. Sayt qısa müddətdə ölkə informasiya məkanında özünəməxsus mövqe qazanaraq, oxucuların etimadını doğrultmağı bacarıb. Saytda siyasət, iqtisadiyyat, sosial, hərbi, mədəniyyət, idman, səhiyyə, kriminal, şou-biznes sahələri üzrə ölkədə, regionda və dünyada baş verən ən mühüm xəbərlər yer alır.
Saytın təsisçisi Azər Ayxan saytın doğum günü ilə bağlı fikirlərini Crossmedia.az-la bölüşüb:

“Bu yola necə başladığımız ictimaiyyətə və yoldaşlarımıza bəllidir. Mən 2022-ci ildə istehfa verdikdən sonra fərqli bir sahədə işləməkdənsə, media sahəsində fəaliyyət göstərməyi məqsədəuyğun saydım. Ona görə də yeni bir domen axtarışına başladım. Və “Globalinfo.az” domenini əldə etdik. Bundan sonra da dizayn işləri ilə məşğul olduq. O müddət ərzində də saytı sınadıq. Daha sonra kollektivin formalaşdırılması mərhələsi, texniki məsələlər gəldi. Təxminən 3 ay sonra, 2022-ci il noyabrın 15-i saytın fəaliyyətə başladığını elan etdik. Dostların, oxucuların, media mütəxəssislərinin dediklərinə əsaslansaq biz bu işi bacarmış sayılırıq”.
A.Ayxan qeyd edib ki, gələcəklə bağlı hədəflər xəbər coğrafiyasını genişləndirməkdir: "İctimai rəydə oturuşmuş resurs olaraq bir mərhələni tamamladıq. Digər saytlar, yutub kanalları gün ərzində bizə bir neçə dəfə istinad edir. Bu gün “Globalinfo” etibarlı mənbə hesab olunur”.
P.S: Biz də kollektivimi adından həmkarlarımızı təbrik edir, onlara uğurlar arzulayırıq.
Ayhan
15:55 15.11.2025
Oxunuş sayı: 1894