Avropa çempionatı: Azərbaycan basketbol millisi Monteneqroya ev sahibliyi edəcək
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.
Crossmedia.az-ın məlumatına görə, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv E qrupunda Monteneqronu qəbul edəcək.
Qarşılşama Bakı İdman Sarayında saat 15:00-da start götürəcək.
Qeyd edək ki, yığma seçmə mərhələdəki ilk matçda Bolqarıstan millisinə 48:141 hesabı ilə məğlub olub.
11:06 15.11.2025
Oxunuş sayı: 1297