Ağdamın Kəngərli istiqamətində erməni təxribatının 11 ili tamam oldu
12 noyabr 2014-cü ildə Ağdam rayonunun Kəngərli kəndi istiqamətində Ermənistanın həyata keçirdiyi hərbi təxribatın 11 ili tamam oldu.
Bu barədə Crossmedia.az xəbər verir.
Həmin gün Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus iki ədəd Mi-24 tipli hücum helikopteri Azərbaycan Ordusunun mövqelərinə hücum etməyə cəhd göstərib. Azərbaycan hərbçiləri dərhal cavab atəşi açaraq helikopterlərdən birini məhv edib, digər helikopter isə bölgəni tələsik tərk edib.
Sərbəst atəşlə düşmən helikopterini vurmuş hərbi qulluqçu İlkin Muradov Məmməd oğlu bu şücaətinə görə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə “Hərbi xidmətlərdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı və qiymətli hədiyyə ilə təltif olunub.
Hadisə Azərbaycan əsgərlərinin hələ o zaman yüksək peşəkarlıq, soyuqqanlılıq və vətəninin hər qarışını qorumaq əzmi nümayiş etdirdiyini bir daha göstərib.
Günel Verdiyeva
22:08 14.11.2025
Oxunuş sayı: 1568