PFL "Karvan-Yevlax" - "Kəpəz" oyununun yerini dəyişib
Peşəkar Futbol Liqası (PFL) Misli Premyer Liqasının XII turunun "Karvan-Yevlax" - "Kəpəz" oyununun yerini dəyişdirib.
Crossmedia.az xəbər verir ki, sözügedən matç Yevlax şəhər stadionunda baş tutacaq.
PFL-in rəsmi saytında daha əvvəldən qarşılaşmanın keçiriləcəyi arena Şamaxı şəhər stadionu göstərilsə də, bu gün məkanın yeri dəyişdirilərək Yevlax şəhər stadionu ilə əvəzlənib.
Qeyd edək ki, "Karvan-Yevlax" - "Kəpəz" oyunu noyabrın 21-də, saat 14:00-da start götürəcək.
19:33 14.11.2025
Oxunuş sayı: 1887