"Cəfər Cabbarlı" metrostansiyasına bitişik yeraltı keçiddə tüstülənmə olub
"Cəfər Cabbarlı" stansiyasına bitişik yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmə baş verib. Tüstülənmənin nəticələrinin sərnişinlərə təsirlərinin qarşısını almaq məqsədilə "Cəfər Cabbarlı" stansiyasının giriş və çıxış qapıları dərhal bağlanılıb, havalandırma sistemi sovurma rejiminə keçirilib.
Crossmedia.az xəbər verir, "Cəfər Cabbarlı" və "28 May" stansiyalarının, həmçinin "Cəfər Cabbarlı-Xətai" mənzilində qatarların hərəkəti normal iş rejimi şəraitində təmin edilir.
Saat 10:00-da stansiyanın giriş-çıxışı istifadəyə veriləcək
09:54 14.11.2025
Oxunuş sayı: 1262