Ayxan Abbasov: İslandiya ilə oyunda sadə qollar buraxdıq
Azərbaycan millisi İslandiya ilə qarşılaşmada sadə qollar buraxıb.
Crossmedia.az-ın məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında deyib.
Mütəxəssis İslandiya yığmasına qarşı keçirdikləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"İslandiya ilə matçda xal qazanmağı çox istəyirdik. Təəssüf ki, uduzduq. Rəqibin gücünə bələd idik. Digər rəqibimiz Ukrayna ilə müqayisədə İslandiya daha güclüdür. Sadə qollar buraxdıq. Heyətdəki itkiləri unutmamalıyıq. Fransa ilə son oyunumuza hazırlaşacağıq".
O, qarşılaşmanın baş hakimi Nikola Dabanoviçin qərarlarının birmənalı olmadığını söyləyib:
"Əslində bəhanə gətirmək istəmirəm. Danışsaq birdən düz başa düşülməz. Lakin baş hakimin bəzi qərarları millinin əlehinə idi. Düşünürəm ki, penalti epizodunda onbir metrlik cərimə zərbəsi təyin edə bilərdi".
Qeyd edək ki, Azərbaycan - İslandiya matçı rəqib komandanın 2:0 hesablı qələbəsi ilə bitib.(Report)
00:28 14.11.2025
Oxunuş sayı: 1360