Horadiz-Ağbənd dəmiryolunun tikintisi 68 faiz tamamlanıb
Zəngəzur dəhlizinə gedən Horadiz-Ağbənd dəmiryol xəttində layihələndirilmə 85 %, tikinti isə 68 % tamamlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
"Böyük Qayıdış"ı və onun daha böyük regional təsirini səciyyələndirən bu meqalayihə üzrə 8 stansiya, 22 körpü, 2 böyük tunel, ümumilikdə 550-dən çox mühəndis qurğusu inşa olunur. Bu xətt həm Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafına təkan verəcək, həm Naxçıvanın nəqliyyat blokadasını sona çatdıracaq, həm də Avropa və Asiyanı birləşdirən növbəti "dəmir köprü" olacaq.
19:57 13.11.2025
Oxunuş sayı: 1652