AFFA bölgə klubunu yarışlardan uzaqlaşdırıb
AFFA U-12 Liqasında çıxış edən Ağsunun "Difai" komandası yarışlardan kənarlaşdırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Buna bölgə təmsilçisinin "Kürdəmir"lə oyunda təyin olunan vaxtda meydana çıxmaması səbəb olub.
"Difai" kollektivi üçüncü dəfədir matça gəlmədiyi üçün yarışlardan uzaqlaşdırılıb.
15:33 13.11.2025
Oxunuş sayı: 934