Ukraynada oxumağa gedən azərbaycanlı tələbələr Moldovaya buraxılmadı
Moldova Ukraynada təhsil almağa gedən azərbaycanlı tələbələrin ölkəyə girişinə icazə verməyib. Moldova ərazisinə daxil olmaq istəyən, təhsil məqsədilə Ukraynaya yollanan təxminən 40 azərbaycanlı tələbə ölkəyə buraxılmayıb.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Ayxan Hacızadənin verdiyi məlumata görə, buna səbəb tələbələrin qəbul sənədlərinin düzgün tərtib edilməməsi olub.
Tələbələr Azərbaycana geri qaytarılacaq, ölkəmizin Moldovadakı səfirliyi isə onlara lazımi yardım göstərib.
Türkanə Məşədiyeva
13:31 13.11.2025
Oxunuş sayı: 1636