Deputatla müsahibə: Bələdiyyələr idmanın inkişafına töhfə verməlidir - ANONS
Crossmedia.az analitik- informasiya portalı Milli Məclisin deputataları ilə silsilə müsahibələri davam etdirir. Bu dəfəki qonağımız Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü Müşfiq Cəfərovdur. O, Azərbaycanın idmanın hazırkı vəziyyəti, idmançılara yaradılan şərait, həmçinin "Qarabağ" futlol klubunun Çempionlar Liqasında davam edən oyunları və Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın çıxışları barədə suallarımızı cavablandırıb. Müsahibədən əsas fikirləri təqdim edirik:
- Regionlarda da idman inkişaf edir.
- Elə ailə yoxdur ki, orada idmanla məşğul olan olmasın.
-"Qarabağ" futbol klubunun baş məşqçici Qurban Qurbanovun fəaliyyətinə müdaxilə olunmur.
- Bələdiyyələr idmanın kütləviləşməsinə töhfə verməlidir.
- Şərait yaradılmasa, idmançılar üzə çıxmayacaq.
13:58 13.11.2025
Oxunuş sayı: 1788