Bədii gimnastika üzrə XXX Bakı çempionatı keçiriləcək
28-29 noyabrda bədii gimnastika üzrə XXX Bakı çempionatı keçiriləcək.
Bu barədə Crossmedia.az-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Yarış Milli Gimnastika Arenasında baş tutacaq.
İdmançılar top, lent, gürzlər və halqa ilə proqramda müxtəlif yaş kateqoriyaları üzrə bacarıqlarını nümayiş etdirəcəklər.
12:59 13.11.2025
Oxunuş sayı: 1900