Azərbaycan yığmasının baş məşqçisi: "Əcnəbi futbolçuların milliləşdirilməsinin tərəfdarı deyiləm"
Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov əcnəbi futbolçuların milliləşdirilməsinin tərəfdarı deyil.
Crossmedia.az xəbər verir ki, bunu adıçəkilən mütəxəssis İslandiya yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunundan öncə mətbuat konfransında deyib.
O, yığmada yerli oyunçulara güvəndiyini söyləyib:
"Şəxsi fikrimə görə, belə bir şeyin olmasının tərəfdarı deyiləm. Daha çox yerli futbolçuların heyətdı yer almasını istərdim. Azərbaycanda istedadlı futbolçular var".
20:18 12.11.2025
Oxunuş sayı: 1329