İslamiada: Azərbaycanın voleybol millisi dördüncü oyunda qələbə qazanıb
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarındakı dördüncü matçında uduzub.
Crossmedia.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığma Əfqanıstan seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan millisinin inamlı qələbəsi ilə bitib - 3:0 (25:7, 25:5, 25:9)
Yığma daha əvvəl İran və Tacikistan kollektivlərini 3:0 hesabı ilə üstələyib, Türkiyəyə isə eyni hesabla uduzub.
15:13 12.11.2025
Oxunuş sayı: 1255