Azərbaycan ağırlıqqaldıranı İslamiadada gümüş medal əldə edib - Yenilənib
Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli (110 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarını iki medalla başa vurub.
Crossmedia.az xəbər verir ki, idmançı təkanla qaldırmada 211 kq çəkinin öhdəsindən gəlməklə gümüş medal əldə edib.
Beləliklə Dadaş iki hərəkətin cəmində 391 kq qaldırmaqla gümüş mükafata sahib olub. O, daha əvvəl birdən qaldırmada 180 kq çəkinin öhdəsindən gəlmişdi.
14:05
Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli (110 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Crossmedia.az xəbər verir ki, idmançı birdən qaldırmada 180 kq-ın öhdəsindən gəlib.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. (Report)
15:23 12.11.2025
Oxunuş sayı: 1161