Rusiya siyasi elitasında qarşıdurma: Lavrov vəzifəsindən uzaqlaşdırılıb?
Rusiya xarici işlər naziri Sergey Lavrovla bağlı son zamanlar müxtəlif iddialar səsləndirilir. Onun xəstə olduğu deyilir. Başqa ehtimallara görə isə Lavrovla Kreml rəhbəri Vladimir Putin arasında fikir ayrılıqları var. Hətta onun vəzifəsindən azad edildiyini bildirənlər də var.
Buna səbəb kimi Lavrovun son zamanlar ictimaiyyət arasında görünməməsidir. Onun görüşləri, telefon danışıqları son zamanlar kəskin azalıb.
Hətta Lavrov Rusiya Təhlükəsilzik Şurasının son iclasında da iştirak etməyib.
Kremlin sözçüsü Dmitri Peskov isə deyir ki, hər şey yaxşıdır və nazir vəzifəsini icra etməyə davam edir.
Bəs əslində nə baş verir? İyirmi ildir Rusiyanın xarici işlər naziri vəzifəsini icra edən Lavrov haradadır?
Bu barədə Crossmedia.az-a danışan türkiyəli politoloq Hasan Oktay deyib ki, Rusiya siyasi elitasında ciddi gərginlik var: “Ukrayna ilə davam edən savaş, dünyadakı hadisələr, xüsusilə ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Sergey Lavrov gərginlik və Vaşinqtonla Pekin arasında müzakirələrin başlaması bu prosesə təsir edir. Rusiya fəal xarici siyasətini müdafiə xarakterli xarici siyasətlə əvəz edir. Belə bir vəziyyətdə yaşlanan Lavrovun yeni nazirlə əvəzlənməsi müzakirə mövzusudur”.

H.Oktay bildirib ki, Lavrovun ağır xəstə olması da istisna edilmir: “Rusiyada Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu yenidən ön plana çıxır. Rusiya siyais elitasında dəyişikliklər ola bilər”.
19:46 11.11.2025
Oxunuş sayı: 1761