Azərbaycan boksçusu İslamiadanın qalibi olub- Yenilənib
Azərbaycanın qadın boksçusu Aynur Mikayılova VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Crossmedia.az xəbər verir ki, o, 57 kq-da fərqlənib.
O, finalda Özbəkistan idmançısı Xumorabonu Mamajonovana məğlub olub.
Beləliklə, boksçularımız yarışı 7 nəfərə 6 medal olmaqla, 1 qızıl, 3 gümüş, 2 bürünclə başa vurublar.(Report)
22:49
Azərbaycan boksçusu Səidcəmşid Cəfərov VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Crossmedia.az xəbər verir ki, o, 80 kq-da fərqlənib.
Milli üzvü finalda Türkiyə təmsilçisi Sultan Osmanlını məğlub edərək qızıl medal qazanıb.(Report)






23:32 10.11.2025
Oxunuş sayı: 1155