Qubada kişi balta xəsarətləri alıb, qohumu saxlanılıb
Qubada kişi balta xəsarəti alıb.
Crossmedia.az xəbər verir ki, Çartəpə kəndində 34 yaşlı Kamran Rüstəmov yaşadığı evdə balta xəsarətləri alıb.
K.Rüstəmov Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Ona xəsarət yetirməkdə, qohumu 43 yaşlı G.Nəcəfova şübhəli bilinir.
Hadisənin torpaq sahəsi üstündə mübahisəyə görə, baş verdiyi bildirilir.
DİN-in Mətbuat xidmətinin əməkdaşı Xəyal Talıbov "Report" un yerli bürosuna bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.(Report)
18:41 10.11.2025
Oxunuş sayı: 1116