Emin Ağalarov Robert De Nironun Bakıya səfər edəcəyini açıqlayıb
Müğənni və iş adamı Emin Ağalarov amerikalı Hollivud ulduzu Robert De Nironun Bakıya gələcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Robert De Niro ilə dostam — o, mütləq Bakıya gələcək, bəlkə də artıq gələn il”, – deyə, Ağalarov Instagram hesabında yazıb.
O həmçinin qeyd edib ki, məşhur aktyor “Sea Breeze” ərazisində həyata keçiriləcək “Nobu Hotel” layihəsində onun tərəfdaşı olacaq.
17:35 10.11.2025
Oxunuş sayı: 1108