Azərbaycanlı futzal hakimi ilk dəfə Avropa çempionatının final mərhələsinə təyinat alıb
Tarixdə ilk dəfə azərbaycanlı futzal hakimi Avropa çempionatının final mərhələsinə təyinat alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib. FIFA referisi Hikmət Qafarlı Latviya, Litva və Sloveniyanın birgə ev sahibliyi edəcəyi 2026-cı ildəki Avropa çempionatında iş başında olacaq. H.Qafarlı turnir zamanı Latviya və Litvada baş tutacaq matçları idarə edəcək. Qeyd edək ki, qitə birinciliyinin oyunları 2026-cı il yanvarın 21-dən fevralın 7-dək keçiriləcək.
15:36 10.11.2025
Oxunuş sayı: 1239