İspan məşqçi Azərbaycan klubundan ayrılıb, "Fiorentina"ya keçib
Kristian Sebalyos "Sabah" futbol komandasının məşqçilər korpusundan ayrılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
İspan mütəxəssis ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, karyerasını İtaliyanın "Fiorentina" klubunun əsas komandasında məşqçi kimi davam etdirəcək.
Qeyd edək ki, Sebalyos 2021-2024-cü illərdə "Sabah"da futbolçu kimi çıxış edib. O, bu ilin yayından əsas komandanın məşqçilər korpusunun üzvü idi.
13:45 10.11.2025
Oxunuş sayı: 1361