Azərbaycanın daha bir cüdoçusu İslamiadada qızıl medal qazanıb
Azərbaycanın cüdo millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada keçirilən VI İslam Həmrəyliyi Oyunlarında daha 1 qızıl, 2 bürünc medal qazanıb.
Crossmedia.az xəbər verir ki, 70 kq çəki dərəcəsində Südabə Ağayeva finalda özbəkistanlı rəqibi Xurşida Razzokberdievanı məğlub edərək qızıl medala sahib çıxıb.
Eyni çəkidə mübarizə aparan Aytac Qardaşxanlı və Elcan Hacıyev (90 kq) isə bürünc medalla kifayətləniblər.
19:00 09.11.2025
Oxunuş sayı: 1730