Azərbaycanın stolüstü tennis millisi İslamiadanın yarımfinalına yüksəlib
Azərbaycanın qadınlardan ibarət stolüstü tennis millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.
Crossmedia.az xəbər verir ki, yığma 1/4 finalda Maldiv adaları kollektivi ilə qarşılaşıb.
Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 8:3.
Minimum bürünc medalı təmin edən Azərbaycan yığması sabah yarımfinalda Misir millisi ilə qarşılaşacaq.
19:30 09.11.2025
Oxunuş sayı: 1503