Azərbaycan ağırlıqqaldıranı Tehran Məmmədov İslamiadanı medalsız başa vurub
Azərbaycan ağırlıqqaldıranı Tehran Məmmədov İslamiadanı medalsız başa vurub
Azərbaycan ağırlıqqaldıranı Tehran Məmmədov (65 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarını medalsız başa vurub.
Crossmedia.az xəbər verir ki, idmançı zəif çıxış edib.
T.Məmmədov birdən qaldırmada 128 kq, təkanla qaldırmada 150 kq, toplamda 278 kq nəticə göstərib. Onun yekun sıralamadakı mövqeyi bu çəkildəki digər idmançılar çıxışlarını başa vurandan sonra dəqiqləşəcək.(Report)
14:44 09.11.2025
Oxunuş sayı: 1267