Azərbaycanın stolüstü tennisçiləri növbəti mərhələyə yüksəliblər YENİLƏNİB
Azərbaycanın qadınlardan ibarət stolüstü tennis millisinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının 1/4 finalındakı rəqibi müəyyənləşib.
Crossmedia.az xəbər verir ki, yığma Maldiv adaları kollektivi ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan yığması bu gün Pakistanı 8:3 hesabı ilə üstələyərək C qrupunun qalibi kimi 1/4 finala adlayıb.
13:22
Qadınlardan ibarət Azərbaycanın stolüstü tennis millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Pakistana qalib gəlib.
Crossmedia.az xəbər verir ki, yığma C qrupundakı sonuncu matçında 8:3 hesablı qələbəyə sevinib.
Milli komanda bu nəticə ilə qrupu qalib başa vurub və 1/4 finala adlayıb.
13:54 09.11.2025
Oxunuş sayı: 1397