Gəncədə Zəfər Gününə həsr edilmiş konsert keçirilib, atəşfəşanlıq olub
Gəncə şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə konsert proqramı keçirilib, atəşfəşanlıq olub.
Crossmedia.az xəbər verir ki, mərkəzi meydanda təşkil olunmuş konsert proqramında mədəniyyət xadimlərinin və incəsənət nümunələrinin ifalarında rəqslər nümayiş edilib, vətənpərvər mahnılar səsləndirilib.
Konsert proqramını rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, şəhər sakinləri izləyib.
Sonda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub.(Report)
22:41 08.11.2025
Oxunuş sayı: 1181