Hidayət Heydərov: Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edim
Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edim.
Crossmedia.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov jurnalistlərə açıqlamasında deyib.
"Çox gözəl bir gündür. Belə bir gündə qızıl medalı qazanmaq üçün tatamiyə çıxmışdım. Həm Zəfər Günüdür, həm də islamiadada ilk qızıl medalı qazandım", - idmançı bildirib.
H.Heydərov keçirdiyi görüşlərdən də danışıb: "Hər rəqiblə görüşə hazırlıqlı çıxıram. Birinci və ikinci görüşdəki rəqiblərim zəif idi. Buna baxmayaraq, hər görüşə final kimi baxıram".(Report)
22:31 08.11.2025
Oxunuş sayı: 1125