Təbrizdə Zəfər Günü ilə bağlı tədbir keçirilib
İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycanın bu şəhərdəki Baş Konsulluğu tərəfindən 8 noyabr - Zəfər Günü ilə əlaqədar rəsmi təbdir keçirilib.
Səfirlikdən Crossmedia.az-a verilən məlumata görə, əvvəlcə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə İran Xarici İşlər Nazirliyinin Şimal Qərb nümayəndəliyinin əməkdaşı Behnam Məlikpur, Türkiyənin Təbrizdəki baş konsulu vəzifəsini icra edən Abdullah Dağ və konsulluq əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və bu şəhərdə yerləşən Azad İslam Universitetinin azərbaycanlı tələbələri iştirak edib.
Tədbirdə çıxış edən baş konsul Rəşad Abdullayev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı düşmən tapdağından azad edən Azərbaycan Ordusunun nəfərlərinin qanları və canları bahasına Zəfərin notlarını dövlətçilik tariximizin şərəf kitabına yazdığını bildirib.
Tədbirin sonunda iştirakçılar üçün şam yeməyi verilib.
23:00 07.11.2025
Oxunuş sayı: 1717