Azərbaycan Basketbol Liqası: VI turun daha bir oyunu keçirilib
Azərbaycan Basketbol Liqasında VI turun daha bir oyunu keçirilib.
Crossmedia.az xəbər verir ki, günün ikinci matçında "Ordu" "Naxçıvan"la üz-üzə gəlib.
Qarşılaşma "hərbçilər"in qələbəsi ilə yekunlaşıb - 100:76.
Günün ilk görüşündə "Sərhədçi" "Quba"nı üstələyib - 86:82.
Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq. Ötən gün keçirilən matçda "Sumqayıt" "Lənkəran"ı 98:94 hesabı ilə məğlub edib.
22:56 07.11.2025
Oxunuş sayı: 1249