YAP Yasamal rayon təşkilatında “9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibətilə tədbir keçirilib
YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyəti ilə birgə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “9 Noyabr - Azərbaycan Respublikasının Dövlət bayrağı günü” münasibətilə tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısın müavini Təravət Muradova, “Z.Xəlilov küç.33” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Xəlilov, YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətini əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən ali və orta ümumtəhsil müəssisələrinin direktorları, müəllim- şagird kollektivi iştirak edib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkialtının sədri Bəxtiyar Nəbiyev ilk öncə qarşıdan gələn “8 Noyabr-Zəfər Günü” və “9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibətilə görüş iştirakçılarını təbrik edib. Qeyd olunub ki, bayraq hər bir millətin və milli dövlətin mühüm atributiv rəmzlərindən biridir. Başqa sözlə, müstəqil dövlətçiliyin mühüm göstəricilərindən biri olan bayraq bu və ya digər millətlərin, xalqların dövlətçilik ənənələrini, milli dəyərlərini əks etdirən atributdur. 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın azadlıq ruhunu, milli birliyini və müstəqil dövlətçiliyimizin ucalığını təcəssüm etdirən ən möhtəşəm bayramlardan biridir. Üçrəngli Bayrağımız Azərbaycan xalqının tarixi yaddaşının, milli kimliyinin və dövlət müstəqilliyimizin rəmzidir. Ulu Öndər Heydər Əliyev bu bayrağı xalqımıza əbədi dövlət rəmzi kimi qaytardı və onun ucaldılması Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsinə çevrildi. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1990-cı ilin iyulunda Naxçıvana qayıdışı və bu qədim Azərbaycan diyarında milli dövlətçiliyimizin bərpası istiqamətində atdığı tarixi addımlar nəinki Naxçıvanı, bütövlükdə Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Beləliklə, ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində dövlətçiliyimizin mühüm atributlarından biri olan milli bayrağımız qəbul olundu. Prezident cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bildirilib ki, dövlətimizin müstəqilliyini təcəssüm etdirən rəmzlərin daim gənclərə aşılanması onların vətənpərvərlik ruhunda yetişməsinə xidmət edir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və Rəşadətli Azərbaycan Ordusunun şücayətilə qazanılan Qələbələr bunu bir daha sübut etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün üçrəngli bayrağımız azad edilmiş torpaqlarımızda qürurla dalğalanır. Dövlət Bayrağı Günü hər bir azərbaycanlının ürəyində qürur və fərəh hissi oyadır, bizi daha güclü, daha birləşmiş bir millət kimi irəli aparır. Bu gün xalqımız fəxr edir ki, müstəqilliyimizi təcəssüm etdirən şanlı Dövlət Bayrağımız işğaldan azad edilən torpaqlarımızda qürurla dalğalanır. Çıxışının sonunda Bəxtiyar Nəbiyev “9 Noyabr - Azərbaycan Respublikasının Dövlət bayrağı günü” münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Çıxış edən şəhid mayor Əkrəm Şadmanovun həyat yoldaşı Gülşən Rəhimova qeyd edib ki, mən bir şəhid həyat yoldaşı kimi bu gün qürurla baxıram ki, uğrunda canını fəda edən igid qəhrəmanlarımızın arzuları gerçək olub. Bütün şəhidlərimizin qanı bahasına azad olunan torpaqlarda bu gün üçrəngli bayrağımız qürurla dalğalanır. Hər dəfə o bayrağa baxanda şəhidlərin ruhunun rahatlıq tapdığını, xalqımızın birliyinin daha da möhkəmləndiyini hiss edirəm. Müzəffər Prezidentimizin dəmir yumruğu ətrafında birləşən qəhrəman xalqımız, şəhidlərimiz, qazilərimiz, əsgər və zabitlərimiz öz vətənpərvərliyi, dönməzliyi mərdliyi ilə tariximizin şanlı səhifələrini yazaraq gələcək nəsillərə örnək oldular. Bu Zəfər, təkcə hərb meydanında deyil, xalqımızın ruhunda və düşüncəsində də əldə olunan böyük qələbədir.Məhz bu ruh bu gün gənclərimizə elm və təhsildə yeni zirvələr fəth etmək gücü verir. Onlar şəhidlərin qoyduğu müqəddəs irsi layiqincə davam etdirərək Vətənə xidmətin ən ali yolunu seçirlər. Azad torpaqlarda açılan məktəblər, universitetlər bu böyük Zəfərin təntənəsini yaşadır. Hər bir uğurumuz, yüksəlişimiz şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın, azadlığımızın əbədi rəmzidir. Bundan əlavə çıxışda şəhid ailələri, qazilər və müharibə veretanlarına göstərilən dövlət qayğısından bəhs edilərək, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə olunub.
Çıxış edən Yasamal Rayon İcra Hakimiyyəti başçısın müavini Təravət Muradova bildirib ki, bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Bu gün hər bir azərbaycanlı Dövlət Bayrağına böyük hörmət və ehtiramla yanaşır. 9 Noyabr – Dövlət Bayrağı Günü müstəqil Azərbaycan Respublikasının suverenlik, azadlıq və milli qürur simvoludur. Üçrəngli bayrağımız xalqımızın əsrlərlə formalaşan milli dəyərlərinin, mübarizə iradəsinin və dövlətçilik ənənələrinin parlaq ifadəsidir. Bu bayraq xalqımızın keçdiyi şanlı mübarizə yolunun, qəhrəmanlıq salnaməsinin canlı nişanəsidir. Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarının davamı olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın hər bir guşəsində, o cümlədən azad Qarabağda dalğalanan bayrağımız müstəqilliyimizin əbədi və dönməz olduğunu sübut edir. Dövlət başçısının milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir. Üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Bu gün hər birimiz çox sevincli və qürurluyuq ona görə ki, ölkəmiz möhtəşəm Zəfərlər əldə edib və müqəddəs üç rəngli bayrağımız azad olunmuş torpalarımızda hür olaraq dalğalanır. Bayraq sevgisi hər bir azərbaycanlının qəlbində vətənpərvərlik duyğularını alovlandırır, gənc nəslə vətənə sədaqət, milli birlik və azadlıq ruhu aşılayır.
Çıxışlardan sonra YAP Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümünə həsr olunmuş Yasamal rayonunda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan VIII və IX sinif şagirdləri arasında “44 günlük zəfər tariximiz” adlı esse yazı müsabiqəsinin qaliblərinə diplom və hədiyyələr təqdim edilib.
Tədbiirn sonunda xatirə şəkli çəkdirilib.
14:01 07.11.2025
Oxunuş sayı: 2206