Azərbaycanın İslamiadanın açılış mərasimindəki bayraqdarları bəlli olub
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin bayraqdarları müəyyənləşib.
Bu barədə Crossmedia.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Bu gün baş tutacaq açılış mərasimində Azərbaycan bayrağını ağırlıqqaldıran Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə daşıyacaqlar.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.
13:11 07.11.2025
Oxunuş sayı: 1286