Ukraynada rus ordusu tərəfində döyüşən azərbaycanlı əsir düşüb
Ukraynada gedən müharibə zamanı rus ordusu tərəfində vuruşan azərbaycanlı əsir düşüb.
Crossmedia.az bildirir ki, sosial şəbəkələrdə yayılan videoda özünü Lənkəran sakini Şahmar Orucanzadə kimi təqdim edən şəxs Ukrayna qüvvələrinə təslim olduğunu deyib. O bildirib ki, əvvəllər Rusiyada törətdiyi cinayətə görə həbs cəzası çəkib, daha sonra isə döyüş bölgəsinə göndərilib.
Orucanzadənin sözlərinə görə, o, maddi qazanc əldə etmək məqsədilə müharibədə iştirak edib, lakin sonradan könüllü şəkildə Ukrayna tərəfinə təslim olub və digərlərini “onun səhvini təkrarlamamağa” çağırıb.
11:31 07.11.2025
Oxunuş sayı: 1301