Azərbaycanın veteran cüdoçuları dünya çempionatını 6 medalla tamamlayıblar
Azərbaycanın cüdo üzrə veteranlardan ibarət millisi Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında çıxışını başa vurub.
Crossmedia.az xəbər verir ki, dördüncü yarış günündə bir usta cüdoçumuz fəxri kürsüyə qalxıb.
M8 yaş kateqoriyasında Fərhad Rəcəbli (90 kq) mundialın gümüş mükafatını qazanıb.
Qeyd edək ki, daha əvvəl Mövlud Mirəliyev (M5, -100 kq) qızıl, Qurban Məmmədli (M2, +100 kq), Vüqar Babayev (M3, -66 kq), Zaur Bağırov (M4, +100 kq) və Azər Əsgərov (M6, (-100 kq) isə bürünc medala yiyələniblər.
Beləliklə, komandamız mötəbər turniri 1 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümumilikdə 6 medalla tamamlayıb.
22:42 06.11.2025
Oxunuş sayı: 1517