Qazi Universitetində Zəfər Günü münasibətilə panel iclas keçirilib
Türkiyənin Qazi Universitetində Zəfər Günü münasibətilə “Türk dünyası əsri: Türk Dövlətləri Təşkilatı-2040 baxış sənədi” mövzusunda panel təşkil olunub.
Crossmedia.az xəbər verir ki, tədbir Türkiyə Siyasət və Strateji Araşdırmalar Vəqfi, Türk Dünyası Parlamentləri Birliyi və Oktan Türk Təşkilatının əməkdaşlığı ilə baş tutub.
Panel iclasdan əvvəl Qarabağ Zəfərinə həsr edilən fotosərginin açılışı olub. Sərgidə Azərbaycan Fotoqrafiya Federasiyası və “Gilavar Foto Klubu” İctimai Birliyinin arxivlərindən seçilmiş, xalqımızın Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və mübarizə ruhunu əks etdirən unikal fotoşəkillər nümayiş etdirilib.
Minlərlə foto arasından seçilən bu şəkillər cəbhə xəttində döyüşən əsgərlərin fədakarlığını, azad edilmiş torpaqların təbiətini və Zəfərin Azərbaycan xalqı üçün mənəvi əhəmiyyətini əks etdirir.
Sonra panel müzakirələrinə start verilib.
03:40 07.11.2025
Oxunuş sayı: 5425