Minskdə Azərbaycanın Zəfər Gününün beşinci ildönümü qeyd edilib
Vətən müharibəsində Azərbaycanın Zəfərinin beşinci ildönümü münasibətilə Minskdə rəsmi qəbul təşkil edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Belarusdakı səfirliyi sosial media hesabında paylaşım edib.
Tədbirin fəxri qonağı Belarusun sənaye naziri Andrey Kuznetsov olub.
"Mərasimdə digər nazirlik və qurumların yüksək vəzifəli nümayəndələri, diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, ictimai xadimlər və Azərbaycan diasporunun üzvləri də iştirak ediblər", - paylaşımda bildirilir.
19:09 06.11.2025
Oxunuş sayı: 1481