Azərbaycanın futzal millisi İslamiadadakı ikinci oyununda uduzub
Futzal üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarındakı ikinci matçında məğlub olub.
Crossmedia.az xəbər verir ki, yığma A qrupunun növbəti qarşılaşmasında Özbəkistan ilə üz-üzə gəlib. Görüş yığmamızın 2:13 hesablı məğlubiyyəti ilə bitib.
Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ilk görüşdə Liviya millisini 5:4 hesabı ilə məğlub edib.
18:43 06.11.2025
Oxunuş sayı: 978