Britaniya səfiri Fergus Auldun "Qarabağ"a dəstək verib
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auldun UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin "Çelsi" komandası ilə üz-üzə gələcək "Qarabağ"a dəstək verib.
Crossmedia.az xəbər verir ki, səfir bununla bağlı "X"dəki hesabında paylaşım edib.
"Artıq çox az vaxt qalıb. Oyunu izləməyə tam hazıram. "Qarabağ"a uğurlar", - səfir üzərində "Qarabağ"ın loqosu olan köynəyini paylaşaraq dəstəyini ifadə edib.
22:07 05.11.2025
Oxunuş sayı: 1200