Britaniya səfirindən “Qarabağ”-a dəstək mesajı
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergüs Old bildirib ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində bu gün keçiriləcək “Qarabağ” – “Çelsi” oyununda Azərbaycan klubunu dəstəkləyəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Qarabağ” “Çelsi” ilə qarşılaşacaq! Gərgin və həyəcanlı oyun gözləyirəm. Lakin Böyük Britaniyanın Azərbaycandakı səfiri və eyni zamanda “Mançestr Yunayted” azarkeşi – “qırmızı şeytan” olaraq bu gün meydan sahiblərini dəstəkləyəcəyəm”, – diplomat X sosial şəbəkəsində yazıb.
Fidan Bəhmənova
18:00 05.11.2025
Oxunuş sayı: 1605