BMT-nin Məskunlaşma Proqramı ilə yeni əməkdaşlıq imkanları müzakirə olunub
Bu gün Qətərin paytaxtı Dohada keçirilən Sosial İnkişaf üzrə İkinci Dünya Sammiti çərçivəsində BMT-nin Məskunlaşma Proqramının ("UN-Habitat") icraçı direktoru Anaklaudia Rossbax ilə daha bir səmərəli görüş keçirdik.
Crossmedia.az xəbər verir ki, görüş zamanı Azərbaycanın "Hər kəs üçün Münasib Mənzil" üzrə Hökumətlərarası İşçi Qrupun həmsədri seçilməsinin yaratdığı yeni əməkdaşlıq imkanlarını müzakirə etdik və 2026-cı ilin may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində əməkdaşlığımızı daha da dərinləşdirmək niyyətimizi vurğuladıq.
"UN-Habitat" ilə birgə münasib mənzil, iqlimədavamlı şəhərlər və inklüziv şəhər inkişafı sahələrində qlobal dialoqun gücləndirilməsi istiqamətində səylərimizi davam etdirəcəyik.



21:53 04.11.2025
Oxunuş sayı: 1241