Füzuli Dövlət Dram Teatrının direktoru vəfat edib
Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev vəfat edib.
Crossmedia.az xəbər verir ki, bu barədə onun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.
Onun sözlərinə görə, bu gün günorta saatlarında müalicə aldığı xəstəxanadan evə buraxılan atasının halı qəfildən pisləşib və vəfat edib.(Report)
21:06 04.11.2025
Oxunuş sayı: 1036