Azərbaycanlı jurnalistlər Xivədə saray kompleksini ziyarət ediblər
Azərbaycanın media nümayəndələri Özbəkistana səfər çərçivəsində Xivə şəhərindəki "Nurullaboy" saray kompleksini ziyarət ediblər.
Crossmedia.az xəbər verir ki, kompleks XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid unikal memarlıq abidəsidir və regionun ən mühüm mədəni irs obyektlərindən biridir.
Kompleks Xivə xanı II Məhəmməd Rəhim xanın əmri ilə tikilib.
Kompleks ərazisində rəsmi qəbul evi, beş həyət, xalq sənətkarlığı emalatxanaları, həmçinin ilk Özbəkistanlı fotoqraf və operator Xudayberqan Devonov adına qalereya yerləşir.
Jurnalistlər kompleksin memarlıq xüsusiyyətləri ilə tanış olub, Xivənin incəsənət ənənələrinin qorunub saxlanıldığı sərgi zallarını və sənətkarlıq emalatxanalarını ziyarət ediblər.
18:34 04.11.2025
Oxunuş sayı: 1326