Əziz Ələkbərlidən təbrik: İcma ilə Crossmedia.az arasında əməkdaşlığın davam edəcəyinə ümid edirik
Crossmedia.az Analitik İnformasiya Portalının fəaliyyətə başlamasının bir ili tamam olur. Noyabrın 1-də saytın yaranmasının 1 illiyi qeyd olunur. İldönümü ərəfəsində redaksiyamıza təbriklər gəlməyə davam edir.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Crossmedia.az saytı kollektivini təbrik edib:
"Crossmedia.az Analitik İnformasiya Portalının 1 yaşının tamam olması münasibətilə bütün kollektivi şəxsən öz adımdan və Qərbi Azərbaycan İcması adından ürəkdən təbrik edir və fəaliyyətində davamlı uğurlar arzulayıram. Crossmedia.az Azərbaycan dövlətinin və millətinin əsas strateji hədəflərindən olan Qərbi Azərbaycana qayıdış ideyasına, Qərbi Azərbaycan həqiqətlərinə, Qərbi Azərbaycan İcmasının fəaliyyətinə daim həssaslıqla yanaşıb və öz səhifələrində bizə yer ayırıb. Buna görə də təşəkkür edirik və ümid edirik ki, əməkdaşlığımız bundan sonra da davam edəcək".
15:45 03.11.2025
Oxunuş sayı: 5655