Crossmedia.az olaraq doğrularınızdan vaz keçməyin - Politoloqdan təbrik
Crossmedia.az Analitik İnformasiya Portalının fəaliyyətə başlamasından bir il keçir. Noyabrın 1-də saytın yaranmasının 1 illiyi qeyd olunur. 1 yaş münasibətilə redaksiyaya təbriklər daxil olmağa davam edir.
Politoloq Natiq Miri Crossmedia.az saytını təbrik edib:
"Crossmedia.az-ı təbrik edirəm. 1 yaş – bilirsiniz ki, körpənin tədricən ayaqları üstündə dura bildiyi bir zamandır. Bu baxımdan Azərbaycanın bütün mənəvi dəyərlərini nəzərə alaraq, bundan sonrakı fəaliyyətinizdə və inkişafınızda uğurlar diləyirəm. Həmişə obyektiv olun. Medianın yeganə borcu doğruları yazmaqdır. Doğrudur, bu çətin prosesdir, çünki dünyada ən çətin şey doğruları söyləməkdir. Ancaq əgər biriləri yanlışdan vaz keçmirsə, siz də heç zaman Crossmedia.az olaraq doğrularınızdan vaz keçməyin. Müvəffəqiyyətlər arzulayıram. Hələlik müşahidə etdiyimiz budur ki, siz yalan və dezinformasiyalardan uzaq bir media qurumu kimi fəaliyyət göstərirsiniz və bu da təbii ki, cəlbedicidir. Gənc, perspektivli bir kollektiviniz var. Rəhbərliyinizi mən şəxsən tanıyıram və böyük hörmətim var. O baxımdan düşünürəm ki, gələcək perspektiviniz və uğurunuz üçün müəyyən təminatlar mövcuddur. Yetər ki, doğru, dürüst, Azərbaycan sayağı – yəni bizim mentalitetimizə, əxlaqımıza uyğun bir davranış nümayiş etdirərək, həmişə xalqın və obyektiv fikrin yanında olasınız".
Mehriban Yariyeva
15:28 03.11.2025
Oxunuş sayı: 1414