Deputatdan Crossmedia.az-a təbrik: Azərbaycan mediasının daha da inkişafına töhfə verəcəyinə ümidvaram
Crossmedia.az Analitik İnformasiya Portalının fəaliyyətə başlamasından bir il keçir. Noyabrın 1-də saytın yaranmasının 1 illiyi qeyd olunur. 1 yaş münasibətilə redaksiyaya təbriklər daxil olmağa davam edir.
Bu münasibətlə Milli Məclisin deputatı Rizvan Nəbiyev kollektivi təbrik edib: “Crossmedia.az” kollektivi qısa bir zaman kəsiyində formalaşaraq Azərbaycan media məkanında özünəməxsus imic qazanan, bu gün peşəkarlığı və müasir yanaşma tərzi ilə seçilən media platformasına çevrilib. Saytınızın təqdim etdiyi analitik yazılar və cəmiyyət üçün vacib olan mövzulara diqqətli yanaşması oxucuların etimadını qazanmağa imkan verir. “Crossmedia.az”ın gələcək fəaliyyətində də öz dəyərlərini və prinsiplərini qoruyaraq Azərbaycan mediasının daha da inkişafına töhfə verəcəyinə ümidvaram. Sizi ilk yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hər birinizin fədakarlığı və peşəkar mövqeyi sayəsində bu media qurumunun qarşıda daha böyük uğurlara imza atacağına inanıram”.
Günel Verdiyeva
13:29 03.11.2025
Oxunuş sayı: 1536