Azərbaycanlı hakim Əliyar Ağayev “Arsenal”ın oyununa təyinat alıb
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Slaviya” (Çexiya) – “Arsenal” (İngiltərə) oyununu idarə edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Əliyar Ağayevə qarşılaşmada Akif Əmirəli və Zeynal Zeynalov laynsman qismində kömək edəcəklər. Elçin Məsiyev isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
21:52 02.11.2025
Oxunuş sayı: 2612