Crossmedia.az sahibkarlığın inkişafında və biznes etik mədəniyyətinin formalaşmasında xüsusi rol oynayır - İCMA
Bu gün İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası olaraq media tərəfdaşımız olan Crossmedia.az-ın fəaliyyətinin birinci ilini böyük məmnuniyyətlə qeyd edirik. Qısa zaman ərzində media məkanında etibarlı, analitik və ictimai dəyərlərə əsaslanan informasiya platforması kimi formalaşmağınız təqdirəlayiqdir.
Crossmedia.az fəaliyyət göstərdiyi bu bir il ərzində yalnız xəbərləri paylaşmaqla kifayətlənməyib, həm də oxuculara dərin təhlil, düzgün informasiya və maarifləndirici baxış təqdim edib. Bu, müasir medianın əsas məqsədlərindən biri olan düşünən və məlumatlı cəmiyyətin formalaşmasına mühüm töhfədir.
İnformasiya axınının çox sürətlə dəyişdiyi dövrdə sahibkarların, biznes ictimaiyyətinin və iqtisadi mühitin etibarlı məlumat mənbələrinə ehtiyacı hər zamankından daha böyükdür. Bu mənada, Crossmedia.az kimi məsuliyyətli media platformalarının fəaliyyəti sahibkarlığın inkişafında, ictimai şüurun və biznes etik mədəniyyətinin formalaşmasında xüsusi rol oynayır.
İCMA olaraq, sizinlə əməkdaşlıqdan məmnunuq və inandığımız kimi bu tərəfdaşlıq həm sahibkarların məlumatlanması, həm də ölkəmizdə sağlam biznes ekosisteminin formalaşması istiqamətində mühüm nəticələr verəcəkdir.
Sizə gələcək fəaliyyətinizdə daha böyük auditoriya, yeni media layihələri və davamlı uğurlar arzulayırıq.
Cəmiyyət üçün dəyər yaradan, obyektiv və peşəkar media missiyanızı eyni məsuliyyətlə davam etdirməyinizi diləyirik.
15:16 01.11.2025
Oxunuş sayı: 2028