Yasamal rayonunda silsilə idman yarışlarının bağlanış mərasimi baş tutub
 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                            Yasamal rayonunda Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümünə və Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 illik yubileyinə həsr olunan silsilə idman yarışlarının (minifutbol, şahmat və dama) və Azərbaycan Milli Elmlər Akademiyasının institutları arasında baş tutmuş minifutbol idman növü üzrə yarışının bağlanış mərasimi baş tutub.
Crossmedia.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı şəhər Gənclər və İdman İdarəsi üzrə Yasamal rayon Gənclər və İdman sektorunun və Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümünə və Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 illik yubileyinə həsr olunan Yasamal rayonu ərazisində fəaliyyət göstərən təşkilat və müəssisələrdə çalışan əməkdaşlardan ibarət minifutbol komandaları arasında baş tutan idman yarışının final mərhələsi, silsilə idman yarışlarının (minifutbol, şahmat və dama) və Azərbaycan Milli Elmlər Akademiyasının institutları arasında baş tutmuş minifutbol idman növü üzrə yarışının bağlanış mərasimi baş tutub.
Azərbaycan Milli Elmlər Akademiyasının minifutbol meydançasından baş tutuan bağlanış mərasimdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Hüseyn Əfəndiyev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədr müavini Musa Mirzəyev, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun müdiri İlham Səfərov, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Sənan Həsənov, YAP Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Bakı şəhər Gənclər və İdman İdarəsi Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun əməkdaşları, Yasamal rayonu ərazisində fəaliyyət göstərən təşkilat və müəssisələrin rəhbər heyəti və əməkdaşları, yarış iştirakçıları, media nümayəndələri və rayon ictimaiyyəti iştirak edib.
İlk öncə minifutbol idman növü üzrə final qarşılaşmaları start götürüb. Qarşılaşmaların nəticəsinə əsasən üçüncü yerin sahibi “Aztelekom MMC”nin komandası, ikinci yerin sahibi Bakı Dövlət Universitetinin komandası, birinci yerin sahibi isə Azərbaycan Milli Elmlər Akademiyasının komandası olub.
Bağlanış mərasimində ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təqdimatında bədii hissə təqdim olunub.
Çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədr müavini Musa Mirzəyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun müdiri İlham Səfərov və Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Sənan Həsənov qeyd ediblər ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5-ci ildönümünə və Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 illik yubileyinə həsr olunan Yasamal rayonu ərazisində fəaliyyət göstərən təşkilat və müəssisələr arasında silsilə idman yarışlarının, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının institutları arasında keçirilən minifutbol idman yarışının bağlanış mərasimi möhtəşəm və yüksək səviyyədə baş tutur. Bu yarışlar xalqımızın milli həmrəyliyini, qürurunu və dövlətimizin idmana verdiyi xüsusi önəmi bir daha nümayiş etdirib. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, müəyyənləşdirdiyi idman siyasəti bu gün Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında yeni mərhələyə yüksəlib və Azərbaycanı dünyada idman ölkəsi kimi tanıdıb. Prezident İlham Əliyevin idmançıların sosial rifahına, infrastrukturun müasirləşdirilməsinə və gənclərin. idmançıların sağlam ruhda yetişməsinə göstərdiyi diqqət bu siyasətin əsas dayağıdır. Yarışların keçirilməsində məqsəd həm sağlam həyat tərzini təbliğ etmək, həm də dövlətə, elmə və vətənə bağlılıq hisslərini daha da gücləndirmək olub. Bu tədbir, həmçinin, Zəfər Günü ərəfəsində xalqımızın birlik, qürur və qəhrəmanlıq ruhunu özündə əks etdirib. Həm də, AMEA-nın 80 illik yubileyi münasibətilə təşkil edilən bu idman yarışları elm, mədəniyyət və fiziki kamilliyin vəhdətini nümayiş etdirərək, milli dəyərlərin və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edib. Yarışlarda iştirak edən komandalar səmimiyyət, dostluq və rəqabət ruhu ilə mübarizə apararaq, həm kollektiv həmrəyliyini, həm də Vətən sevgisini nümayiş etdiriblər. Dövlətin idman siyasətinə verilən dəstək nəticəsində iştirakçıların bu yarışlara fəal qoşulması, Azərbaycanın idman sahəsində böyük nəaliyyətlər qazanmasını və gələcəkdə də qazanacağını əyani surətdə nümayiş etdirir. Prezident İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət nəticəsində yaradılan şərait bu cür tədbirlərin yüksək təşkilatçılıqla keçirilməsinə imkan verir. Bu yarışlar göstız fiziki güc deyil, həm də milli birliyin, vətənpərvərliyin və dövlətçilik duyğusunun güzgüsüdür. “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən bu silsilə tədbirlər Azərbaycan dövlətinin insan amilinə, sağlam cəmiyyətin formalaşmasına və mənəvi dəyərlərin qorunmasına verdiyi önəmin bariz nümunəsidir. Yasamal rayonunda təşkil olunan bu idman bayramı Zəfərimizin qüdrətini, elmimizin nüfuzunu və dövlətimizin gücünü bir daha bütün parlaq çalarları ilə əks etdirdi. Çıxışların sonunda yarışlarda qalib gələn komandalar təbrik edilib.
Çıxışlardan sonra dama və şahmat idman növləri üzrə qalib komandalar elan olunub. Sonra Azərbaycan Milli Elmlər Akademiyasının institutları arasında baş tutmuş minifutbol idman növü üzrə qalib gələn komandalarının və Yasamal rayonu ərazisində fəaliyyət göstərən təşkilat və müəssisələrdə çalışan əməkdaşlardan ibarət minifutbol komandaları arasında baş tutan yarışın qaliblərinin mükafatlandırma mərasimi baş turub.
Sonda xatirə şəkilləri çəkdirilib.
Qalib komandaları təbrik edirik.
17:33 31.10.2025
Oxunuş sayı: 2436
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        