"Azərreyl" komandası Çempionlar Liqasında mübarizəni dayandırıb
Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası Çempionlar Liqasında növbəti matçına çıxıb.
Crossmedia.az xəbər verir ki, Azərbaycan təmsilçisi təsnifat mərhələsinin I turunda Serbiyada "Radniçki"nin qonağı olub.
Təmsilçimiz ilk matçda olduğu kimi cavab qarşılaşmasında da rəqibinə 0:3 hesabı ilə uduzub.
Mərhələni keçə bilməyən "Azərreyl" CEV Kubokunun 1/32 final mərhələsində çıxış edəcək.
22:31 29.10.2025
Oxunuş sayı: 1605